Çindən Qərbin silah istehsal edən şirkətlərinə zərbəbackend

Çindən Qərbin silah istehsal edən şirkətlərinə zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Qərbin silah istehsal edən müəssislərinə kritik mineralların tədarükünü məhdudlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, Pekinin Qərb ölkələrinin hərbi-sənaye kompleksinə gözlənilməz zərbəsi haqqında “The Wall Street Journal” nəşri məlumat yayıb.

Belə ki, Çin Qərbin silah-sursat istehsal edən şirkətlərinə kritik mineralların axınını məhdudlaşdırır, bu isə hasilatı gecikdirir, nəticədə, güllələrdən tutmuş döyüş təyyarələrinin istehsalına qədər gecikmələr yaşanır.

Artıq Qərb şirkətləri lazımi mineral ehtiyatları axtarmaq üçün başqa bazarlar axtarmaq məcburiyyətində qalıb. Eyni zamanda, bildirilir ki, Çin mineralları digərləri ilə müqayisədə beş dəfə daha ucuzdur, bu isə Qərb şirkətlərini ciddi maliyyə problemləri ilə üz-üzə qoyur.\\Oxu.Az