Çindən Tayvan ətrafında “Birgə Qılınc” təlimibackend

Çindən Tayvan ətrafında “Birgə Qılınc” təlimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra Çin ordusu Tayvan adası ətrafında quru, hava və dəniz qüvvələrinin iştirakı ilə birgə hərbi təlimə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu (ÇXR) Şərq Cəbhəsi Komandanlığı açıqlama verib.

Açıqlamada “Birgə Qılınc” adlanan hərbi təlimin “Çin silahlı qüvvələrinin adanı bütün istiqamətlərdən eyni vaxtda mühasirəyə alaraq və sıxışdıraraq dəniz, hava və məlumat üzərində nəzarəti ələ keçirməsi məqsədi daşıdığı” qeyd edilib.

Tayvan Müdafiə Nazirliyi isə dünən gecə yarısından bu gün axşam saatlarına qədər adanın ətrafında Çinə aid 71 təyyarə və 9 döyüş gəmisinin göründüyünü açıqlayıb.

NOCOMMENT.AZ