İyulun 27-də “Qazprom” Çinə gündəlik qaz nəqli üzrə yeni müqaviləyə imza atıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın enerji şirkətinin Telegram kanalında məlumat verilib .
“Sibirin gücü” qaz kəməri ilə tədarük yenə də şirkətin gündəlik müqavilə öhdəliklərini aşdı”, –deyə “Qazprom” bildirib. Şirkət xatırladıb ki, tədarüklər Çinin milli neft və qaz korporasiyası China National Petroleum Corporation (CNPC) ilə ikitərəfli uzunmüddətli müqavilə əsasında həyata keçirilir.
2019-cu ilin sonunda işə salınan “Sibirin Gücü” Qazprom və CNPC arasında Yakutiya və İrkutsk vilayətindən Rusiyanın Uzaq Şərqinə və Asiya-Sakit Okean regionu ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulmuş birgə layihədir. Qaz kəmərinin uzunluğu üç min kilometrdən çoxdur, ixrac gücü ildə 38 milyard kubmetrdir.
Bundan əvvəl “Qazprom” bəyan etmişdi ki, iyulun 17-də Rusiya istehlakçılarına yayda gündəlik təbii qaz tədarükü üzrə rekord qeydə alınıb. Onların ümumi həcmi 700,4 milyon kubmetr təşkil edib.