Çingiz Abdullayev qidadan zəhərlənib?backend

Çingiz Abdullayev qidadan zəhərlənib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq yazıçısı Çingiz Abdullayevin səhhətində yaranan problemin qida qəbulundan olması ilə bağlı məsələyə aydınlıq gətirilib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xalq yazıçısının qidadan zəhərlənmə xəbərini təkzib edib:

“Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar agentlik tərəfindən müvafiq qaydada araşdırılıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir”.