Çingiz Abdullayevdən qalmaqallı çıxışı ilə bağlı açıqlama – VİDEObackend

Çingiz Abdullayevdən qalmaqallı çıxışı ilə bağlı açıqlama – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq yazıçısı Çingiz Abdullayev “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, o, paylaşdığı videoda məsələ ilə bağlı bunları deyib:
“Biz tacir xalq yox, qəhrəman xalqıq. Nə qədər şəhid o müharibədə vermişik, 3 minə yaxın şəhid isə bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, pulumuz, iqtisadiyyatımız, prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim.
Mən hələ bunu 1 il öncə demişdim və 1 ay bundan öncə də yazmışdım. O vaxt buna heç kəs fikir vermədi. Qəsdən bu videonu belə çəkiblər ki, birinci hissə orada olmasın. Orada nə qədər adam oturmuşdu. Onlardan soruşun, mən necə danışmışam. Amma neyləyək ki, bəziləri qulaq asmaq istəmirlər.
Mən danışanda dedim ki, hələ bir il öncə rus kanallarında qonşularımızla (ermənilər) danışanda onlar mənə bizim tacir xalq, özlərinin isə əsgər xalq olduqlarını söylədilər, dedilər ki, ona görə də birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpaqlarınızı almışıq. İndi bəziləri də qəsdən deyirlər ki, Çingiz şəhidlərə hörmətsizlik edir. Hamısı yalandır. Ona görə ki, şəhidlərin arasında mənim bir neçə qohumum, Şuşada həlak olan qardaşım var. Mən həmişə demişəm ki, biz neçə min şəhid vermişik. Allah onlara rəhmət eləsin. Onlar hamısı qəhrəmandırlar. Silahsız, tanksız, topsuz onlar mübarizə aparırdı. Təkcə Ağdamdan 6 min insan həlak olub. Niyə iki eyni müharibənin olması ilə ona görə razılaşmıram ki, 20-40 ildən sonra nəvələrimiz bizdən soruşacaq, “Xocalıya gələndə niyə ordumuz onu müdafiə etmədi”. Ona görə ki, ordumuz olmayıb. Qəhrəmanlarımız çox olub, neçə min insan itirmişik, 1 milyon qaçqınımız olub, torpaqlarımızın 20 faizini itirmişik”.
Daha ətraflı videomaterialda: