Çinin ABŞ-a qarşı “qırmızı xətt”i məlum oldubackend

Çinin ABŞ-a qarşı “qırmızı xətt”i məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanın mülkiyyəti məsələsi Çin Xalq Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə Vaşinqtonun keçməməli olduğu “qırmızı xətt”lə qeyd olunur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

“Tayvan məsələsi Çinin əsas maraqlarının ən mühümüdür və Çin-ABŞ münasibətlərində keçilməməsi lazım olan ilk qırmızı xəttdir”, – deyə Mao Nin bildirib.

Diplomat vurğulayıb ki, ABŞ Tayvanda seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı tələsik bəyanatlar verir. Mao Ninqin sözlərinə görə, Çin tərəfi bununla bağlı kəskin narazılığını bildirir və qətiyyətlə buna qarşı çıxır.