Çinin ən sıx əhalisi olan əyalətində AZALMAbackend

Çinin ən sıx əhalisi olan əyalətində AZALMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin aparıcı istehsal və ixrac mərkəzi, ölkənin cənubundakı Quandun əyalətində əyalət məlumatlarının tutulmağa başladığı 1978-ci ildən bəri ilk dəfə əhalinin azalması müşahidə olunub.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Statistika Bürosunun məlumatına görə, il ərzində ən azı 6 ay əyalətdə yaşayan daimi əhali 2022-ci ildə 272 min nəfər azalaraq 126 milyon 570 min nəfər təşkil edib.

Bu azalma ştat məlumatlarının saxlanmağa başladığı ildən bəri ilk dəfə olaraq müşahidə edilib.

Bürodan verilən açıqlamada azalma 2022-ci ildə COVID-19 epidemiyasının təsiri ilə əlaqədar olaraq ştatdan kənarda işləməyə gələn işçilərin müvəqqəti olaraq doğma şəhərlərinə qayıtmaları ilə əlaqədar olduğu bildirilib.

NOCOMMENT.AZ