Çin Xalq Respublikasının Mienyen şəhəri COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərib.
NOCOMMENT.az xəbər verir ki, Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyindən əldə etdiyimiz məlumata əsasən, humanitar yardıma xüsusi qoruyucu vasitələr daxildir.
Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasına təhvil verilib.