Çinin müdafiə naziri: Ukraynadakı münaqişə siyasi həll ilə başa çatacaqbackend

Çinin müdafiə naziri: Ukraynadakı münaqişə siyasi həll ilə başa çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Müdafiə Nazirliyinin rəhbəri Donq Jun bildirib ki, danışıqlar yolu ilə siyasi nizamlanma Ukrayna böhranının, eləcə də Fələstin-İsrail münaqişəsinin yeganə həll yoludur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“İstənilən münaqişənin son nöqtəsi sülh yolu ilə həlldir; biz danışıqlar masasına nə qədər tez otursaq və danışmağa başlasaq, sülh bir o qədər tez gələcək”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

Nazirin sözlərinə görə, bu, Ukrayna və Fələstin-İsrail böhranı kimi aktual məsələlərin həllinin yeganə yoludur.

Donq Jun Syanşan Təhlükəsizlik Forumunun açılışında çıxış edib.

O, həmçinin bəyan edib ki, Ukrayna və Yaxın Şərqdə münaqişələrin həlli məsələlərində ikili standartlar və geosiyasi maraqların güdülməsi yolverilməzdir.