Çinin Şansi əyalətində magistral yol üzərindəki körpü uçubbackend

Çinin Şansi əyalətində magistral yol üzərindəki körpü uçub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Şansi əyalətində magistral yol üzərindəki körpünün uçması nəticəsində 11 nəfər ölüb, 30-dan çox adam itkin düşüb.

NOCOMMENT.az Lenta.ru-ya istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:40 radələrində Şanluo şəhərində baş verib.

Hadisə nəticəsində bir neçə avtomobil Cinçien çayına düşüb. Axtarış-xilasetmə işlərinə 750-yə yaxın xilasedici, 18 qayıq, 32 dron cəlb olunub. Çaydakı güclü axın axtarış işlərini çətinləşdirib.

İlkin ehtimala əsasən, körpünün dağılmasına anidən yağan şiddətli yağışın əmələ gətirdiyi sel səbəb olub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi, dəymiş ziyanın aradan qaldırılması barədə göstəriş verib.