Çinin şərqində yaşayış binasının uçması nəticəsində 4 nəfər ölübbackend

Çinin şərqində yaşayış binasının uçması nəticəsində 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şərqindəki Çjentszyan vilayətinin Yuntszya qəzasında yaşayış evinin uçması nəticəsində dörd nəfər ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yerli orqanlar bazar günü məlumat yayıb.

Bildirilib ki, insident ötən gün günorta saatlarında təmir zamanı baş verib. Dörd nəfər bina qalıqlarının altında qalıb. Axtarış-xilasetmə əməliyyatı bütün gün və bazar gününə keçən gecə davam edib.

Xilasedicilər ölənlərin meyitlərini ancaq səhər aşkarlaya bilib.

Faktla bağlı araşdırma aparılır.