Çinin xarici işlər naziri Vanq Yi İsrail-Fələstin münaqişəsində mülki vətəndaşların itkilərinin gündən-günə artdığına diqqət çəkərək, beynəlxalq ictimaiyyəti “vicdan və məsuliyyətə” çağırıb.
NOCOMMENT.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Vanq bunu omanlı həmkarı Bədr bin Hamed əl-Busaidi ilə telefon danışığında deyib.
“Heç bir vicdanlı və məsuliyyətli ölkə bu faciələrin davam etməsinə icazə verə bilməz”..