Çinin xüsusi elçisi Rusiya və Ukraynaya səfər edəcəkbackend

Çinin xüsusi elçisi Rusiya və Ukraynaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui mart ayında Rusiya, Ukrayna və bəzi Avropa ölkələrinə səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, martın 2-dən etibarən Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna böhranının siyasi həlli üçün məkik diplomatiyasının ikinci raundu ilə bağlı Rusiyaya, Aİ-nin mənzil-qərargahına, Polşaya, Ukraynaya, Almaniyaya və Fransaya səfər edəcək.