Çinin yeni layihəsi – Uzaq Asiya və Cənubi Amerika qitələri yaxınlaşırbackend

Çinin yeni layihəsi – Uzaq Asiya və Cənubi Amerika qitələri yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun paytaxtı Limadan 80 kilometr şimalda, arxeoloji liman şəhəri Çançayda inşa edilən nəhəng limanın Asiya ilə Cənubi Amerika arasındakı ticarət yolunu həm genişləndirəcəyi, həm də asanlaşdıracağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, layihə sayəsində Çin və Cənubi Amerika arasında ticarət gəmilərinin səfər müddətinin iki həftə qısalması hədəflənir.

Nəhəng konteyner gəmiləri Çançay Limanından istifadə etməyə başladıqdan sonra yeraltı sərvətlərlə çox zəngin olan iki bölgə iqtisadi cəhətdən güclənəcək. Çin tərəfinin son illərdə etdiyi Cənubi Amerika sərmayələrinin son həlqəsi olan meqa liman layihəsi ilə Uzaq Asiya və Cənubi Amerika qitələri Sakit Okeanla bir-birinə yaxınlaşacaq. Bu yolla Çinin Çili və Peru başda olmaqla, regionda gümüş və mis kimi qiymətli metallara sahib olan ölkələrlə qarşılıqlı ticarəti artırması gözlənilir.

Qeyd edək ki, liman və logistika mərkəzinin birinci mərhələsi 2024-cü ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.