Çinin zondu Ayın əks tərəfindən torpaq nümunəsi götürübbackend

Çinin zondu Ayın əks tərəfindən torpaq nümunəsi götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Çane-6” avtomatik planetlərarası stansiyasının zondu ilk dəfə torpaq nümunələrinin toplandığı Ayın uzaq tərəfindən havaya qalxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Çin Milli Kosmik İdarəsinə istinadən məlumat yayıb.

“Çərşənbə axşamı səhər saatlarında Çinin “Çane-6″ zondu bəşər tarixində ilk dəfə olaraq Yerin təbii peykinin uzaq tərəfindən toplanmış torpaq nümunələri ilə Ayın səthindən havaya qalxdı”, – mesajda deyilir.

Agentlik uçuş modulunun Ay ətrafında müəyyən edilmiş orbitə daxil olduğunu vurğulayıb.