“Çinlə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələnin təməli qoyulur”backend

“Çinlə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələnin təməli qoyulur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. Bunu təkcə iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətində ifadə olunmuş fikirlər bir daha təsdiq edir. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə telefon söhbəti ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü kimi dəyərləndirilir”.

NOCOMMENT.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, vuqaramanda, Azərbaycanın 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsi ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir:

“Xüsusi vurğulamaq lazımdır ki, Çinlə əlaqələrimizin yüksələn xətlə inkişafı xarici siyasətimizin əsasında dayanan prinsiplərin dəyişməz olmasından, dövlətimizin gələcəyə hesablanmış siyasətinin uğurlarından irəli gəlir”.

V.Rəhimzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, yeni dünya düzənində aparıcı qüvvələrdən biri kimi Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələnin təməli qoyulur:

“2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd ediləcək. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri ilə ölkələrimiz arasında əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoqun cənab İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimada, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətlərinə əsaslandığını təsdiqləyir. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.

Vüqar Rəhimzadə Çin şirkətlərinin Azərbaycana investisiya marağından da bəhs edərək bildirib ki, bu, güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsidir:

“Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya axınını sürətləndirir. Azərbaycanda Çin şirkətlərinin fəaliyyəti, “Huawey” şirkətinin işğaldan azad olunmuş ərazilərdə mühüm layihələr icra etməsi təqdirəlayiq addımdır”.