Çinlə müharibə qaçılmazdır – Pentaqon rəhbəribackend

Çinlə müharibə qaçılmazdır – Pentaqon rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çinlə müharibə qaçılmazdır”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Sinqapurda keçirilən “Şanqri-La Dialoq” təhlükəsizlik forumunda belə deyib. Bildirib ki, Vaşinqton və Pekin anlaşmazlıqların qarşısını almaq üçün qarşılıqlı dialoqa davam etməlidirlər:

“Çinlə müharibə qaçılmazdır. Ona görə də supergüc ölkələrin liderləri yanlış hesablamaları və ya anlaşmazlıqları azaltmaq üçün birlikdə işləməyə davam etməlidirlər. Bir-birimizlə danışmağa davam etməyimiz vacibdir. Danışıraq problem yaradan məsələləri müəyyən edə bilərik. Məqsədimiz hadisələrin lazımsız yerə nəzarətdən çıxmasına imkan vermədiyimizə əmin olmaqdır. Bununla belə, mən əlavə spekulyasiyaya yol vermək istəmirəm. Bizim “Qarşılıqlı müdafiə” müqaviləsinə sadiqliyimiz möhkəmdir”.

Xatırladaq ki, Ostin ötən gün çinli həmkarı Donq Yu ilə görüşüb. Bu, 2022-ci ildən bəri ABŞ və Çinin yüksək səviyyəli rəsmiləri arasında keçirilən ilk görüş olub. Onu da əlavə edək ki, son günlər iki ölkə arasında Hind-Sakit Okean regionunda gərginlik yenidən artıb.