Cinsi azlıq dostunu öldürən şəxsə hökm oxundubackend

Cinsi azlıq dostunu öldürən şəxsə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl törətməkdə təqsirləndirilən Mirşahid Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə hökm elan edilib.

Mirşahid Mehdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən il avqustun 18-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.

Avqustun 22-də qəsəbə ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, avqustun 18-də zərərçəkmişin tanışı, 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin cinsi azlıqların nümayəndəsi olduğu iddia olunub.

İstintaq orqanı tərəfindən Mirşahid Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.