Dünyada hər səkkiz qadından biri 18 yaşına çatmadan cinsi zorakılığa məruz qalır. Yəni 370 milyondan çox qız uşağı və qadın təcavüzlə üzləşir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə UNİCEF-in dərc etdiyi yeni hesabatda qeyd olunub. Məlumata görə, onlayn və sözlə edilən cinsi zorakılıqlar da nəzərə alınsa, bu say 650 milyona qədər artır.
Sözügedən hesabat 2010-2022-ci illər arasında dünyanın 120 ölkəsindən toplanan məlumatlar əsasında hazırlanıb. Qadınlara qarşı zorakılığın ən çox yayıldığı bölgələr isə Afrika, Şərqi və Cənub-Şərqi Asiyadır.
Cinsi zorakılığa məruz qalan oğlan uşaqlarının və kişilərin sayı isə təxminən 240-310 milyondur. Yəni hər 11 kişidən biri cinsi təcavüzə məruz qalıb. Təmassız cinsi zorakılığı nəzərə aldıqda isə bu rəqəm 410-530 milyona qədər yüksəlir.