Cip camaatın arasına girdi: 8 ölü, 10 yaralıbackend

Cip camaatın arasına girdi: 8 ölü, 10 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında cip immiqrantların sığınacağı qarşısında izdihamın arasına düşüb. Hadisə zamanı 8 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Polis hadisənin qəsdən olub-olmadığını araşdırır.

NOCOMMENT xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatının Braunsvil qraflığında baş verib. Yerli vaxtla saat 08:30 radələrində cip qaçqınlar üçün sığınacaq qarşısında izdihamın içinə keçib. ABŞ mediası hadisə nəticəsində 8 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb. Brownsville Polis İdarəsi hadisənin qəsdən törədildiyini araşdırır. FTB-nin də istintaqa cəlb olunduğu bildirilir.