Çirkin oyunlarına uşaq kanalını da alət etdilər – Müsəlmanlar hədəfdəbackend

Çirkin oyunlarına uşaq kanalını da alət etdilər – Müsəlmanlar hədəfdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada Fransanın başında dayandığı anti-İslam təbliğatına Almaniya da qoşulub.

NOCOMMENT.az xəbər verir ki, Almaniyada fəaliyyət göstərən bir uşaq kanalı İslam dinini hədəf alaraq, onu terrorizmlə müqayisə edib.

“KIKA TV” adlı azyaşlılar üçün nəzərdə tutulmuş kanalda “İslam” ifadəsinin altında iki qəzəbli insan fiquruna yer verilib və İslam dini terrorizmlə müqayisə edilərək, hədəf alınıb.

İnsan fiqurlarının yanında da əlində silah tutmuş üzü bağlı bir terrorçu yer alıb. Bu skandal yayım kəskin reaksiyalara səbəb olub. Ölkədə yaşayan müsəlmanlar kanalın addımını sərt şəkildə tənqid ediblər.
Teleqraf.com