Çıxışı gündəm olan psixoloq danışdı: “İstəklərinizi ödəyə biləcək insanla bərabər olun”backend

Çıxışı gündəm olan psixoloq danışdı: “İstəklərinizi ödəyə biləcək insanla bərabər olun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB telekanalında yayımlanan “Günə son” verilişində qonaq olan psixoloq Əfsanə Rüstəmovanın səsləndirdiyi fikirlərə birmənalı qarşılanmayıb.

Psixoloq canlı efirdə “Emosional ehtiyacı ödənməyən qadının boşanmaq kimi bir hüququ var” ifadəsini işlədib.

Onun proqramda səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub və tənqid hədəfinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, Bununla bağlı azxeber.com-a açıqlama verən Əfsanə Rüstəmova tənqidlərdən narahat olmadığını deyib:

“Əslində, mən bu tip mövzularda qətiyyən açıqlama verməyin tərəfdarı deyiləm. Ona görə ki, biz hər birimiz istər təhsil, istər dünyagörüşü baxımından fərqli mərtəbələrdəyik. Mən onuncu mərtəbədəyəmsə, bu mənim yaxşı, ya da birinci mərtəbədəyəmsə pis olduğum mənasına gəlmir. Bu çox normal haldır ki, birinci mərtəbədən dediyin söz, onuncu mərtəbədə yaxşı eşidilmir. Burada deyə bilərlər ki, yəqin o özü çox inkişaf edib, öz dediyini ancaq özü başa düşür. Mən bu cür çıxışları kütlənin ixtiyarına buraxıram ki, onlar nəyi necə istəyirlər elə də anlasınlar. Amma gəlin bu məsələyə bir az da praktik baxaq. Yəqin ki, bizim cəmiyyətimiz üçün üç min manat böyük məbləğ imiş ki, bu söhbət belə böyüdü. Hər kəs pula fokuslandı, mövzu qaldı kənarda. Burada əsas məna, qadının emosional ehtiyacları ödənilməyəndə kişinin bundan gərginləşib özünü kişi kimi hiss etməməsidir. Buna görə də şiddət meydana gəlir. Demək istədiyim bu idi ki, növbəti mərhələ şiddət olmasın deyə, emosional ehtiyaclarınızı ödəməyə çalışın. Və ən önəmlisi, sizin istəklərinizi ödəyə biləcək bir insanla bərabər olun. Demək istədiyim bu idi. Amma insanların xoşu gəlir belə mövzunu başqa yönə çəksinlər. Çünki onlar üçün həyatda daha maraqlı heç nə yoxdur. Bu da onların həyat keyfiyyətinin aşağı olmasından və maraqsız həyat yaşamasından irəli gəlir”.

Psixoloq sosial şəbəkədə onu bu fikrinə görə qınaq obyektinə çevirənlərə səslənib:

“Mən çox sevinirəm ki, onlar anlamadıqları mövzuda belə fikir söyləməyə çalışırlar. Bu da özünü ifadəyə cəhddir. Belə – belə öyrənəcəklər özlərini daha düzgün ifadə etməyin yolunu. Bu gün üçün onlarda alınmadı, çünki onlar motivi anlamadılar. Çünki onlar, qadın ağzını açanda susduran insanlardır. Mən sadəcə orada aparıcının verdiyi suala cavab vermişəm. İnsanların bir sözün ucundan tutub sənəti, savadı, şəxsiyyəti yarqılamağı toplumun cəhalətindən xəbər verir. Biz başa düşməliyik ki, insanlar fərqli düşünə bilər. Bu fərqliliklər bir-birimizi narahat etməməlidir. Biz o halda narahat ola bilərik ki, kimsə bu sözü eşidib, gedib boşansın. Deməli o insanda zatən ailə dəyəri yox imiş ki, kənardakının sözü ilə boşanır. Mənim yanımda hər gün desinlər ki, yoldaşına maşın almayan kişi, yaxşı kişi deyil. Mən həyat yoldaşımın sevgisindən əminəmsə və büdcəsini də bilirəmsə mən onu heç vaxt narahat eləmərəm ki, mənə niyə maşın almırsan? Bilirəm ki, pulu olsa alacaq olmasa almayacaq. Əgər tərəflər emosional balanslarını nizamlamadan nəsə istəyirsə, deməli onlar doğru partnyorlar deyillər. Belə mövzular həmişə mediada ajataj yaradır. Bu məni qətiyyən narahat eləmir. Heç bir sosial şəbəkədə qeydiyyatım yoxdur və səkkiz ildir ki, belə fəaliyyət göstərirəm. Burada artıq başqa izaha ehtiyac yoxdur.”