ÇL: Qarabağ-ın potensial rəqibi müəyyənləşdibackend

ÇL: Qarabağ-ın potensial rəqibi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.

“Köhlən atlar” III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-da və 17-də, cavab matçları isə avqustun 23-də və 24-də olacaq. “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü evdə oynayacaq.