CNN: ABŞ Rusiyanın hücum niyyəti ilə bağlı Kiyevə xəbərdarlıq edibbackend

CNN: ABŞ Rusiyanın hücum niyyəti ilə bağlı Kiyevə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyanın Ukraynaya strateji raketlə hücuma hazırlaşdığını əvvəlcədən bilib və bu barədə Kiyevə və digər dövlətlərin hökumətlərinə xəbərdarlıq edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan amerikalı dövlət rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ruslar Dnepri vurmaq üçün orta mənzilli ballistik raketdən istifadə ediblər. O, həmçinin əlavə edib ki, Rusiya yəqin ki, bu eksperimental raketlərdən yalnız bir neçəsinə malikdir.