Güclü qar fırtınası ABŞ-ın bir neçə ştatının təxminən 62 milyon sakininə təsir göstərə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Güclü qış fırtınası… şənbə günündən bazar ertəsinə qədər təxminən 62 milyon insana təsir edəcək”, – deyə kanal bildirib.
Qasırğanın ən azı 12 ştatı vuracağı, güclü qar, buz və çovğuna səbəb olacağı qeyd edilir. Bu da öz növbəsində böyük bir ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.
Ən güclü qarın Missuri, İllinoys, İndiana, Ohayo və Qərbi Virciniya ştatlarının bəzi yerlərində yağacağı gözlənilir.
Bundan əlavə, ABŞ-ın daha isti bölgələrində tufan və yağış yağa bilər.