CNN: Harris avqustun 29-da namizəd kimi ilk müsahibəsini verəcəkbackend

CNN: Harris avqustun 29-da namizəd kimi ilk müsahibəsini verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, hazırkı vitse-prezident Kamala Harris avqustun 29-da CNN telekanalında namizəd kimi ilk müsahibəsini verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə telekanalın özü məlumat yayıb.

Maraqlıdır ki, Harris təkbaşına deyil, seçki kampaniyasında partnyoru, Minnesota qubernatoru Tim Valz ilə müsahibə verəcək.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Harrislə debatın sentyabrın 10-da keçiriləcəyini bildirmişdi.