CNN İsrail ordusunun Qəzzadakı xəstəxanaya silah yerləşdirdiyini bildiribbackend

CNN İsrail ordusunun Qəzzadakı xəstəxanaya silah yerləşdirdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail ordusu Qəzzadakı “Əl-Şifa” xəstəxanasının Fələstinin HƏMAS radikal qruplaşmasının yaraqlıları tərəfindən hərbi obyekt kimi istifadə edildiyini sübut etmək üçün ora silah yerləşdirib. Bu açıqlama ilə Amerikanın CNN telekanalı çıxış edib.

“Videoya görə, İDF jurnalistlərin səfəri ərəfəsində “Əl-Şifa”ya yenidən silah paylamış ola bilər”, – məlumatda deyilir.

İsrail Müdafiə Ordusunun (İDF) noyabrın 15-də “Əl-Şifa” Xəstəxanasında tapılan HƏMAS silahlarının yoxlanılmasını göstərən videoda beynəlxalq müxbirlərin çəkdiyi sonrakı kadrlardan daha az silah görünür ki, bu da silahların jurnalistlərin gəlməsindən əvvəl oraya yerləşdirilə biləcəyini göstərir.