Yay mövsümü Rusiya və ABŞ sammitinin təşkilatçıları üçün ciddi məhdudiyyətlər yaradıb, çünki turistlərin pik mövsümü Alyaskada da müşahidə olunur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı məlumat verib.
“Yay – Alyaskada turist mövsümünün pik nöqtəsidir və ABŞ və Rusiya prezidentlərinin yerləşdirilməsi üçün həm əlçatan, həm də lazımi şəraitə malik yerlər ciddi şəkildə məhdud idi”, – deyə xəbərdə qeyd olunur.
Məqalədə həmçinin bildirilir ki, Elmendorf-Richardson bazası zirvə səviyyəli görüş üçün bütün tələb olunan şərtlərə cavab verib.