CNN: Putin bunu şəxsi təhqir kimi qəbul edib və amansızcasına cavab verəcəkbackend

CNN: Putin bunu şəxsi təhqir kimi qəbul edib və amansızcasına cavab verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım körpüsünə hücum Rusiya prezidenti Vladimir Putinin nüfuzuna zərbə vurub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu CNN nəşri yazıb.

Mətbuat orqanında hadisə ilə bağlı dərc olunan təhlildə qeyd olunur ki, işğal altındakı yarımadanı Rusiya ilə qeyri-qanuni birləşdirən Krım körpüsü, Putinin məntiqinə görə, Ukraynanın özü ilə “nikah üzüyü”dür.

“Görünür Putin indi Ukraynanın Rusiyaya qaytarılmasını özünün tarixi missiyası hesab edir. Yəqin ki, o, Krım körpüsünə hücumu təkcə Rusiyaya hücum kimi deyil, həm də şəxsi təhqir kimi qiymətləndirir. Və çox güman ki, ona amansızcasına cavab verəcək”, – deyə təhlildə bildirilir.

Qeyd olunub ki, döyüşlər Rusiyaya yaxınlaşdıqca, Putin özünün “tarixi missiyasını” təhlükə altında görür: “Və bu o deməkdir ki, emosiyalar ağıldan üstün ola bilər. Ukrayna və dünya üçün bu təhlükəli məqamdır”.

Yazıda bildirilir ki, Krım körpüsü Putinin layihəsi olub və Rusiya onun tikintisinə təxminən 4 milyard dollar xərcləyib.