Co Bayden Cinping ilə görüşməyi planlaşdırırbackend

Co Bayden Cinping ilə görüşməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırdığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Amerika prezidenti Co Bayden, Avstraliya Baş naziri Entoni Albanese və İngiltərə Baş Naziri Rishi Sunak Kaliforniyanın San Dieqo şəhərində görüşüblər.

Görüşdə Avstraliyanın nüvə sualtı qayığına sahib olmasını və nüvə sualtı qayıqlarında istifadə edilən texnologiyanın paylaşılmasını ehtiva edən AUKUS müqaviləsi çərçivəsində müzakirələr gedib.

Üçtərəfli görüşdən sonra Co Bayden liderlərlə təkbətək görüşlər də keçirib.

Çinin AUKUS-unun ona qarşı təcavüz aktı kimi görə biləcəyindən narahat olub-olmaması ilə bağlı suala Co Bayden “Xeyr” cavabını verib. Yaxın vaxtlarda Çin prezidenti Si Cinpinlə görüşəcəkmi sualına isə “Bəli” cavabını verib.