Co Baydendə xərçəng hüceyrəsi aşkar edildibackend

Co Baydendə xərçəng hüceyrəsi aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin həkimi Kevin O’Konnor ötən ay prezidentin döş qəfəsindən biopsiya ilə götürülən zədənin xərçəng olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bütün xərçəng toxumalarının uğurla çıxarıldığını qeyd edən Kevin O’Konnor Baydenin müalicəyə ehtiyacı olmadığını bildirib.

O’Konnor, bazal hüceyrəli karsinoma lezyonlarının metastaza meylli olmadığını da qeyd edib.

Digər tərəfdən, həkim bu zədələrin ölçüsünün böyümə potensialına malik olduğunu da açıqlayıb.

Biopsiya yerinin sağaldığını deyən O’Konnor, prezidentin vəziyyətinin rutin yoxlamalar çərçivəsində izləniləcəyini bildirib.

NOCOMMENT.AZ