“Coca-Cola” Azərbaycan və Qazaxıstanda “Doğadan” çaylarının satışını dayandırırbackend

“Coca-Cola” Azərbaycan və Qazaxıstanda “Doğadan” çaylarının satışını dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Coca-Cola İçecek” şirkəti bu ilin aprelin ayının sonunda “Doğadan” brendi istehsal edilən içki məhsullarının (müxtəlif çaylar) Azərbaycan və Qazaxıstanda satışlarını dayandırmağı planlaşdırır.

NOCOMMENT.az bildirir ki, bu barədə “Reuters”ə məlumat verib. Məlumatda bildirilir ki, şirkət eyni tədbirləri Türkiyədə də görəcək və sözügedən brend altında istehsal olunan içkilərin satışını aprelin 30-dan dayanacaq.

Qeyd edək ki, “Doğadan” brendinin “Coca-Cola İçecek” şirkətinin ümumi məhsullarındakı payı 8,3%-ni təşkil edir, şirkətin ümumi satışlarında isə sözügedən brendin payı 1,9%-ə bərabərdir.

APA