“Coca-Cola” şirkəti ilə alim arasında alqı-satqı qalmaqalıbackend

Coca-Cola” şirkəti ilə alim arasında alqı-satqı qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Coca-Cola” şirkəti Bakı Dövlət Universitetinin doktorantı olan, fəlsəfə doktoru Parisa Zabolestanini məhkəməyə verib.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.

İş hakim Zaur Pirverdiyevin icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqavilələri ilə bağlıdır.

Yəqin, oxucular düşünür ki, “Coca-Cola” şirkəti ilə alim arasında hansı ticari sövdələşmə ola bilər.

Məsələ burasındadır ki, Parisa Zabolestani alim olmaqla yanaşı, həm də iş adamıdır. O, “AzGP Engineering” MMC-nin təsisçisidir. Şirkət 1 sentyabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnaə kapitalı 100 AZN-dir.

Şirkət seysmik təhlükənin qiymətləndirilməsi, inşaat sahəsinin geofiziki tədqiqatları, qrunt sularının səviyyəsinin geofiziki üsulla kontrolu, şirin su mənbələrinin axtarışı və quyuların qazılması, filiz yataqlarının geofiziki üsullarla axtarışı, laborotor servisi və ekoloji tədqiqatlar həyata keçirir.