Çökən talvar insanları evə həbs etdi – VİDEObackend

Çökən talvar insanları evə həbs etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü qarın yağması nəticəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı talvar çöküb evin giriş hissəsini bağlayıb. Nəticədə sakinlər evdə köməksiz vəziyyətdə qalıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda qeyd edilib.

Məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş Kazımov Əbülfəz Həsən oğluna məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın yağan qarın ağırlığına tab gətirməyərək çökməsi nəticəsində evin giriş-çıxışının bağlanması və evdə iki nəfərin köməksiz vəziyyətdə qalması müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə olunmaqla fərdi yaşayış evinə bitişik tikilmiş ümumi sahəsi 35 kv.m olan talvar sökülərək evə giriş-çıxış bərpa olunub və evin sahibi və həyat yoldaşı xilas edilib.