ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton ədliyyə orqanlarına təslim olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Bolton və onun komandası ABŞ Ədliyyə Nazirliyinə tabe olan ABŞ Marşallar Xidmətinin ofisinə gəlib.
Keçmiş milli təhlükəsizlik müşaviri hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, Con Bolton həssas dövlət məlumatını özünün iki qohumu ilə bölüşməkdə ittiham olunur.