Conson Qərbi Krım körpüsünü dağıtmaq üçün Ukraynaya silah verməyə çağırıbbackend

Conson Qərbi Krım körpüsünü dağıtmaq üçün Ukraynaya silah verməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson pranker Vovan və Lexus ilə söhbətində Qərbi ATACMS raketlərini Ukraynaya ötürməyə və onların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. O, Krım körpüsünün “sökülməsinə” kömək etmək zərurətindən də danışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə prankerlər öz Telegram kanallarında məlumat veriblər.

“İndi biz onlara ATACMS raketlərini verməliyik. İndi onlara bu silahlardan istifadə etmək hüququ verməliyik. Biz məsafə məhdudiyyətlərini aradan qaldırmalıyıq… Biz onlara Kerç körpüsünü sökməyə kömək etməliyik, ukraynalılara Krımı riskə atmaq üçün vasitə verməliyik”, – Conson bildirib.