Conson ukraynalı uşaqlara məktub yazdıbackend

Conson ukraynalı uşaqlara məktub yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Böyük Britaniyanın Baş naziri Boris Conson ukraynalı uşaqlara məktub yazıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə UNN məlumat yayıb.

O, Kiyevə səfərini xatırlayıb və bu səfər zamanı şəhərin küçələrində və parklarında uşaqların və gənclərin olmadığını qeyd edib:

“Çətin il olmasına baxmayaraq, yadda saxlayın: vətəniniz, ailələriniz, əsgərləriniz və özünüzlə fəxr edin. Siz tək deyilsiniz, bütün dünyada milyonlarla başqa dostlarınız var. Bir çoxunuz heç bir uşağın görməməli olduğu şeyləri görmüsünüz və ya yaşamısınız. Ancaq ukraynalı uşaqlar hər gün bizə güclü və layiqli olmağın, ən çətin anlarda belə başımızı dik tutmağın nə demək olduğunu öyrədirlər. Mən uşaqlar və böyüklər üçün sizdən yaxşı nümunə düşünə bilmirəm”.

O, sözlərini belə yekunlaşdırıb:

“Mən də sizin prezident kimi inanıram ki, Ukrayna bu müharibədə qalib gələcək. Bütün qəlbimlə ümid edirəm ki, tezliklə evlərinizə, məktəblərinizə, ailələrinizə qayıda biləcəksiniz. Və nə olursa olsun, nə qədər uzun sürsə də, biz Böyük Britaniyada sizi heç vaxt unutmayacağıq və sizi dostlarımız adlandırmaqdan həmişə fəxr edəcəyik”.
axar.az