COP29 günlərində bu qədər sərnişin daşınıbbackend

COP29 günlərində bu qədər sərnişin daşınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331 861 sərnişinə xidmət göstərilib”.

NOCOMMENT.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına Agentlik tərəfindən “BakuBus”, “Bakı Taksi Xidməti”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.