“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkəmizdə keçiriləcək COP29 qlobal iqlim konfransı üzrə akkreditasiyadan keçmiş şəxslərin dəmiryol nəqliyyatına tələbatının yüksək səviyyədə qarşılanması üçün qatarlardan ödənişsiz istifadəni təmin edir.
NOCOMMENT.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, konfransda iştirak haqqında rəsmi akkreditasiya sənədini təqdim edən şəxslər, o cümlədən xarici vətəndaşlar 9-24 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla ödənişsiz səfər edə biləcəklər.