“COP29-la bağlı dezinformasiya yayan 15 resurs bağlanıb” – İlqar Musayevbackend

“COP29-la bağlı dezinformasiya yayan 15 resurs bağlanıb” – İlqar Musayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29-la bağlı saxta xəbərlər, dezinformasiyalar yayılır.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

 

İ.Musayev bildirib ki, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması, yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi feyk məlumatlar olur:

 

“Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb”.