Corc Dik: “İsraildə ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq”backend

Corc Dik: “İsraildə ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik (George Deek) “Twitter” səhifəsində xəbər paylaşıb:

“Həmin o gün gəldi. Bu gün biz Azərbaycan rəsmilərini İsraildə ticarət nümayəndəliyinin açılışı ilə bağlı qarşılayırıq. Bu, ölkədəki ilk rəsmi mövcudluğudur. İndi Azərbaycanın İsraildə ilk rəsmi evi var! Bu gün aramızdakı əlaqələr tarixində mühüm bir gündür. Nazir M.Cabbarov və nazir Y.Razvozov birgə lenti kəsərək Azərbaycanın İsraildəki ticarət nümayəndəliyini açıblar”.

O, paylaşdığı video müraciətində bildirib ki, ölkələrimiz arasında rəsmi əlaqələr təxminən 30 il əvvəl qurulsa da, Azərbaycanın İsraildə heç bir nümayəndəliyi olmayıb: “İndi bu vəziyyət dəyişdi, Təl-Əvivdə indi Azərbaycanın ticarət nümayəndəliyi açıldı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu da ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, münasibətlərimizin daha güclü və çoxşaxəli olması üçün zəmin yaradacaq. İnanıram ki, bu hadisə İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərinin 30 illiyini qeyd edəcəyik. İnşallah, biz bunu hamımız bir yerdə, Azərbaycanda və İsraildə qeyd edərik”.“Report”