COVID-19-a görə bağlanan “AzDrama” AÇILDIbackend

COVID-19-a görə bağlanan “AzDrama” AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki həftə əvvəl əməkdaşları COVID-19-a yoluxduğuna görə müvəqqəti bağlanan Akademik Milli Dram Teatrı fəaliyyətini yenidən bərpa edib.

NOCOMMENT.az bu barədə “Qafqazinfo”ya teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, teatr fevralın 7-də açılıb: “Koronavirusa yoluxmuş əməkdaşlarımızın karantin müddəti bitib. Normal iş şəraitində davam edirik”.

Zeynallı qeyd edib ki, fevral ayında ilk tamaşa ayın 11-də oynanılacaq.