COVID-19-dan neçə ay sonra saç tökülməsi dayanır?backend

COVID-19-dan neçə ay sonra saç tökülməsi dayanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dermatoloq, trixoloq İrina Kotovanın sözlərinə görə, koronavirusdan sonra saç tökülməsi 3 ay davam edə bilər.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, saçlar COVID-19-dan 3 ay sonra bərpa olunmağa başlayır.

“Hər şey xəstəliyin şiddətindən və bədənin ilkin vəziyyətindən asılıdır. Koronavirusun yaratdığı saç tökülməsi öz-özünə sona çatır. Xəstəlikdən sonra saç tökülməsi daha da kəskinləşir, lakin ümumiyyətlə 3, ən çoxu 4 ay davam edir və sonra saç müalicə olunmadan yavaş-yavaş bərpa olunur”, – həkim TASS-a verdiyi müsahibədə deyib.

Mütəxəssislər saçların xəstəlikdən dərhal sonra yox, 1-2 aydan sonra tökülməyə başladığını qeyd edirlər. Saç tökülməsi həm stress, həm də anti-koronavirus dərmanlarının mənfi təsirləri ilə əlaqələndirilir.
Publika.az