COVİD-19 pasportu olmayanların diqqətinə: Cərimələnə bilərsiniz – VİDEObackend

COVİD-19 pasportu olmayanların diqqətinə: Cərimələnə bilərsiniz – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyunun 10-dan fəaliyyətinə icazə verilən idman sağlamlıq mərkəzləri və su hovuzlarından düzgün istifadə etməyənlər cərimə olunacaqlar”.

NOCOMMENT Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Məlumat üçün bildirək ki, Operativ Qərargahın elan etdiyi qaydalara əsasən sözügedən tarixdən etibarən idman zalları və su hovuzlarından COVİD-19 pasportu olanlar, yəni vaksinasiyadan keçənlər və ya immunitet sənədi olanlar istifadə edə biləcəklər.

Elşad Hacıyevin sözlərinə görə, bununla bağlı obyekt sahiblərinə və idmançılara ciddi xəbərdarlıq edilib.

Elşad Hacıyev deyib ki, məqsəd vətəndaşları cərimə etmək yox, pandemiya qaydalarına ciddi əməl edilməsini təşkil etməkdir. Sözügedən obyektlərə ərazi üzrə polis və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət edəcək. Aşkar edilən bütün faktlar dərhal rəsmiləşdiriləcək.

Xatırladaq ki, bu qaydaları pozan fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar.