COVID-19 peyvəndi 2021-ci ilin ilk yarısında BU ölkələrə çatacaq – ÜSTbackend

COVID-19 peyvəndi 2021-ci ilin ilk yarısında BU ölkələrə çatacaq – ÜST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus təxminən 2 milyard doza yaxın yeni növ koronavirus peyvəndi üçün müqavilələr bağladıqlarını bildirib.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Qebreyesus bu peyvəndlərin 2021-ci ilin ilk yarısında yoxsul ölkələrə çatacağını deyib.

Üst Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqının (GAVI), eləcə də Epidemik Hazırlıq üçün İnnovasiya Koalisiyasının (CEPI) ortaq təşəbbüsü ilə gələn il 1,3 milyard doza COVID-19 peyvəndinin orta və az gəlirli 92 ölkəyə paylanmasını planlaşdırılır. Üç qurumun təşkil etdiyi mətbuat konfransında danışan ÜST Baş direktoru Tedros Adanom Qebreyesus Qlobal Giriş Proqramına (COVAX) 190 ölkənin qatıldığını bildirib.

Zəngin ölkələrin aşağı və orta gəlirli ölkələri dəstəkləmək üçün qurulan COVAX-ın əhəmiyyətinə işarə edən Qebreyesus bildirib ki, COVAX üçün bir neçə perspektivli peyvənd təxminən 2 milyard doza çatıb.

“COVID-19 peyvəndləri görünməmiş razılaşmalar sayəsində 2021-ci ilin ilk yarısında yoxsul ölkələrə də çatacaq. Peyvəndlərin istehsalı tunelin sonundakı işığı görməyimizə imkan verir.

ÜST COVAX vasitəsi ilə “AstraZeneca” ilə 170 milyon doza peyvənd üçün razılığa gəlib. “Johnson and Johnson” şirkəti ilə 500 milyon doza peyvənd üçün anlaşma memorandumu imzalanıb.

COVAX-a dair müqavilələrə Hindistan Serum İnstitutunun (SII) 200 milyon doza peyvəndi daxildir, “Pfizer-BioNTech” və “Moderna” şirkətləri ilə danışıqlar aparılır” , – ÜST rəsimisi yekunda qeyd edib.
Publika.az