COVID-19 rəsmi olaraq keçmişdə qaldı.
NOCOMMENT.az xəbər verir ki, işçi qrupun xəstəliyin yayılması ilə bağlı həftəlik hesabatların dərcini dayandırması barədə “Obyasnyaem.rf” saytında məlumat verilib.
“Yeni Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Federal Əməliyyat Qərargahı COVID-19 hadisələri ilə bağlı həftəlik hesabatların dərcini dayandırır”, – bəyanatda deyilir.
Qərar Rusiyada koronavirusla bağlı epidemioloji vəziyyətin stabilləşməsi ilə əsaslandırılıb. “Virus mövsümi xəstəliyə çevrilib” əməliyyat qərargahı izah etdi.