Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi , tez-tez mutasiyaya uğradığı bildirilən Kovid-19-un “BA.2.86” variantının İngiltərədə də göründüyünü açıqladı. Haqqında kifayət qədər məlumat olmayan yeni variant İsraildə, daha sonra Danimarka və ABŞ-də ortaya çıxdı.
NOCOMMENT xəbər verir ki, verilən açıqlamada, Omicron variantının bir alt növü olaraq ortaya çıxan yeni variantın yaxın zamanda səyahət tarixi olmayan bir insanda görüldüyü ifadə edildi.
Açıqlamada bildirilib ki, “BA.2.86” hal-hazırda mövcud variantlarla Omicron-dan genomik cəhətdən daha uzaqdır və daha çox mutasiyaya malikdir.