backend

COVİD qalmaqalı olan sabiq baş həkimə 12 600 manat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi Əkbərov Rasim Şahbaz oğlu ilə icarə müqaviləsi imzalayıb. Müqavilənin dəyəri 12 600 manat təşkil edir.

NOCOMMENT.az xəbər verir ki, Rasim Əkbərov Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. O, 2025-ci ilin əvvəlində TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə bu vəzifədən azad edilib.

Mediada gedən məlumatlarda iddia edilirdi ki, Əkbərov Rasim Şahbaz oğlu Yardımlı rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi olarkən COVİD-19 pandemiyasıyla bağlı dövlət tərəfindən həkimlərə verilən əlavə əməkhaqqı ödənişlərini mənimsəyib./32gun.az/