Cozef Baydenin andiçmə mərasimindən sonra iğtişaşlar olubbackend

Cozef Baydenin andiçmə mərasimindən sonra iğtişaşlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin dünənki andiçmə mərasimindən sonra ölkənin qərb sahillərində yerləşən Portlənd və Sietl şəhərlərində solçu hərəkatları iğtişaş törədiblər.

NOCOMMENT xəbər verir ki, bu barədə hər iki şəhərin polis departamentləri tvitter səhifəsindən bildiriblər.

Fox News” xəbər verir ki, Sietlin mərkəzində etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar. İki nəfər saxlanılıb. Portlandda isə Demokrat Partiyasının şəhər ofisi dağıdılıb, gömrük və immiqrasiya xidmətlərinin binaları daşqalaq edilib. Bir qismində elektroşok cihazı, qaz balonları gətirən etirazçılar antifaşist təşkilatları və əks-irqçi BLM hərəkatının üzvü olduqlarını göstərən şüarlar səsləndiriblər.