Crocus City Hall-da məşhur qrupun üzvü itkin düşdübackend

Crocus City Hall-da məşhur qrupun üzvü itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə günü “Crocus City Hall”da konserti baş tutmalı olan “Piknik” qrupunun üzvlərindən biri itkin düşüb.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qrupun konsert direktoru Yuri Çernışevski məlumat verib.

“Biz üzvlərdən biri ilə əlaqə saxlaya bilmirik, onun “Crocus”u tərk edib-etmədiyini bilmirik”, – deyə o, qeyd edib.

Ancaq Çernışevski komandanın hansı üzvü haqqında danışdığını dəqiqləşdirməyib.

Qeyd edək ki, “Piknik”in konserti 22 mart saat 20:00-da “Crocus City Hallda” baş tutmalı idi. Konsertdən bir neçə dəqiqə əvvəl, kamuflyajlı bir neçə silahlı şəxs binaya girərək atəş açmağa başlayıb və partlayış törədib.

Yuri Çernışevskinin sözlərinə görə, atışma başlayanda musiqiçilər qrim otağında olublar, sonra onlar oradan təxliyə olunublar.